Qaragədik

Qaragədik – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Gorus rayonunun mərkəzindən 27-28 km şimal-şərqdə, dağlıq və meşəlik sahədə yerləşirdi.

XIX əsrin axırlarında 151 nəfər, XXəsrin əvvəllərində 108 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “böyük, uca, hündür” mənasında işlənən “qara” sözü ilə “dağ belində batıq, aşırım” mənasında işlənən “gədik” sözünün birləşməsindən əmələ gəlmişdir.