Qaradaş

Qaradaş – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayəti ərazisində dağ. Sarıyaqub (Cağatsadzor) kəndində yerləşir.

Toponim Azərbaycan dilində rəng mənasında işlənən “qara” və “dağ”, “qaya” mənasında işlənən “daş” sözlərindən əmələ gəlmişdir.