Qaracalar

Qaracalar (Məmmədabad) – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Kəndin başqa adı “Məmmədabad”dır. Vedi çayının yaxınlığında, Dəvəli kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın beşverstlik xeritəsində qeydə alınmışdır.

Kənddə 1897-ci ildə 33 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır. Hazırda xarabalıqdır.

Toponim qaracalar türk tayfasının adı əsasında əmələ gəlmişdir.