Qaracalar

Qaracalar – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Alagöz dağının cənubunda yerləşirdi. Erməni mənbələrində kəndin adı “Qalaçilar” kimi də göstərilir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 104 nəfər, 1873-cü ildə 272 nəfər, 1886-cı ildə 279 nəfər, 1897-ci ildə 381 nəfər, 1908-ci ildə 360 nəfər, 1914-cü ildə 381 nəfər, 1916-cı ildə 526 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Ermənilər bura 1918–1920-ci illərdə Türkiyədən köçürülmüşdür. Kənd 1940-cı illərdə ləğv edilmişdir.

Toponim qaracalar türk tayfasının adı əsasında yaranmışdır.