Qarabulaq

Qarabulaq – keçmiş Tiflis quberniyasının Borçalı qəzasının, sonralar keçmiş Barana (Noyemberyan) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. Ləmbəli (Baqrataşen) kəndinin yaxınlığında yerləşmişdir.

1926-cı ildə burada 9 nəfər azərbaycanlı yaşamışdır. 1929–1930-cu illərdə əhali köçürülmüş, qışlaq ləğv edilmişdir.

Toponim Azərbaycan dilində “keyfiyyətsiz, içməyə yararlı olmayan” mənasında işlənən “qara” sözünə “bulaq” hidrotermininin birləşməsindən formalaşmışdır.