Qarabaşlar – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 15 km şimal-şərqdə, Gığı çayının sol tərəfində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində “Qarabaş” formasında qeydə alınmışdır.
1897-ci ildə 60 nəfər, 1922-ci ildə 52 nəfər, 1926-cı ildə 39 nəfər, 1931-ci ildə 49 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərin sonunda kənd ləğv edilmişdir.
Toponim muğanlı türk tayfasından olan “qarabaş” etnoniminə “-lar” şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir.