Qara Əhmədli

Qara Əhmədli – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Çəmbərək (Krasnoselsk) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş qışlaq. Çaykənd (Dprabak) kəndinin yaxınlığında yerləşmişdir. 1937-ci ilədək Dilican rayonunun tabeliyində olmuşdur.

1926-cı ildə burada 38 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 40-cı illərində azərbaycanlılar köçürülmüş və yaşayış məntəqəsi kimi ləğv edilmişdir.

Toponim türk dilində “böyük” mənasında işlənən “qara” sözü ilə əhmədli türk tayfasının adı əsasında yaranan etnotoponimdir.