Qapıcıq

Qapıcıq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Oxçuçayın sağ sahilində yerləşmişdir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra azərbaycanlı əhali tədricən kəndi tərk etmişdir. Burada 1926-cı ildə 12 nəfər azərbaycanlı yaşamışdır. Hazırda xarabalıqdır.

Toponim türk dilində “dar dərənin yarıqlara bölünmüş yuxarı hissəsi”, “dağ yamacında dar dərə” mənasında işlənən “qapı” (kapu) sözünə kiçiltmə mənası bildirən “-cıq” şəkilçisinin artırılılması ilə düzəlib.