Qanalı

Qanalı – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Yelpin kəndinin şimal-şərqində yerləşmişdir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Kənd 1924-cü ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponimin ilk komponenti “qana”, “qano” formasında “arx, kanal” mənasını bildirir.