Qalayçı

Qalayçı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Abaran çayının sağ qolu üzərində yerləşirdi. Kəndin digər adı “Qalaça” kimi qeyd edilir. Qafqazın beşverstlik xəritəsində “Qalaça” formasında qeydə alınmışdır.

1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Kənd 1950-ci illərdə ləğv edilmişdir.

Toponim oğuzların bayandır tayfasından olan “qalayçı” etnonimi əsasında əmələ gəlmişdir.