Qalaser

Qalaser – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Aysəsi dərəsinin qərbində, dəniz səviyyəsindən 1990 m hündürlükdə yerləşir.

Kənddə 1873-cü ildə 108 nəfər, 1886-cı ildə 154 nəfər, 1897-ci ildə 184 nəfər, 1904-cü ildə 154 nəfər, 1914-cü ildə 170 nəfər, 1916-cı ildə 248 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı diversantlarının təzyiqinə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar doğma evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 46 nəfər, 1926-cı ildə 104 nəfər, 1931-ci ildə 142 nəfər, 1939-cu ildə 195 nəfər, 1959-cu ildə 140 nəfər, 1970-ci ildə 222 nəfər, 1979-cu ildə 252 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının sonlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən deportasiya olunmuşlar.

Toponim “qala” sözü ilə türk toponimiyasında “əsas, baş, yuxarı, böyük” mənasında işlənən “sar” sözündən əmələ gəlmişdir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°53′ şm. e., 45°25′ ş. u.