Qalaça – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, sonralar keçmiş Barana (Noyemberyan) rayonunda, hazırda isə Tavuş vilayətində kənd. Vilayət mərkəzi Karvansara (İcevan) şəhərindən 54 km şimal-qərbdə, dəniz səviyyəsindən 650 m hündürlükdə yerləşir.
Kənddə ermənilərin məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi tədricən yer-yurdlarını tərk etmişdir. 1926-cı ildə burada 3 nəfər azərbaycanlı yaşamışdır.
Toponim “qala” sözünə kiçiltmə mənasını bildirən “-ça” şəkilçisi artırmaqla əmələ gəlib “kiçik qala yanında olan kənd” mənasını verir. Kəndin cənub-şərqində XII–XIII əsrlərə aid azərbaycanlılarların həyatı ilə bağlı qalanın xarabalıqları indi də qalır. Kənd adını məhz həmin qaladan götürülmüşdür.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Berdavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Tavuş vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°12′ şm. e., 45°00′ ş. u.