Qalaça – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Alagöz dağının ətəyində yerləşirdi.
Kəndin sakinləri 1918–1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən kütləvi qırğınlara məruz qoyulmuşdur. 1926-cı ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim “qala”sözünə kiçiltmə mənası bildirən “-ça” şəkilçisinin qoşulması ilə əmələ gəlib “kiçik qala yaxınlığında olan kənd” mənasını verir.