Qabaqtəpə

Qabaqtəpə – keçmiş İrəvan quberniyasının Alek-sandropol qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunda, hazırda isə Araqatsotn vilayəti ərazisində dağ.

Toponim Azərbaycan dilində “ön tərəf, irəli tərəf” mənasında işlənən “qabaq” sözü ilə, “təpə” sözünün birləşməsindən yaranmışdır.