Qabaq Güney – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayəti ərazisində yayla. Vilayətin ərazisindəki Saral (Nor Xaçakap) kəndinin ərazisində yerləşir.
Toponim Azərbaycan dilində “ön tərəf, irəli tərəf” mənasında işlənən “qabaq” sözü ilə “dağın gün düşən tərəfi” mənasında işlənən “güney” sözünün birləşməsindən əmələ gəlmişdir.