Qəmərli

Qəmərli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda kənd, hazırda isə Ararat vilayətində şəhər. 1930-cu ilə qədər kənd, sonra qəsəbə, 1961-ci ildən respublika tabeliyində şəhərdir. 1930-cu ilin sentyabnn 9-da yaradılan Qəmərli rayonunun adı və rayon mərkəzi olmuşdur. İrəvandan 28 km cənub-şərqdə, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Burada 1831-ci ildə 167 nəfər, 1873-cü ildə 563 nəfər, 1886-cı ildə 668 nəfər, 1897-ci ildə 757 nəfər, 1914-cü ildə 957 nəfər, 1916-cı ildə 903 nəfər azərbaycanlı yaşamışdır. 1905-ci ildə və 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin  soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində  sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 126 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 267 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda orada yalnız ermənilər yaşayır.

Toponim qədim kimmer tayfasının adı əsasında əmələ gələn “qəmərli” etnonimindən əmələ gəlib “kimmerlərin//qəmərli tayfasının yaşadığı yer” mənası verir. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 sentyabr 1945-ci il tarixli fərmanı ilə dəyişdirilərək kəndin adı “Artaşat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati mərkəzidir.

Yerləşdiyi koordinatlar: 39°57′ şm. e., 44°33′ ş. u.