Qənşərdağ

Qənşərdağ – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Qursalı (Arcahovit) kəndinin ərazisində yerləşir.

Toponim Azərbaycan dilinin qərb qrupu dialektlərində “qarşı, ön” mənasında işlənən “qənşər” sözü ilə “dağ” sözünün birləşməsindən əmələ gəlmişdir.