Qədirdamı

Qədirdamı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Dilican şəhəri yaxınlığında, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq.

1926-cı ildə burada 11 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim “Qədir” şəxs adı və “ev, dəyə, qazma” mənasında işlənən “dam” sözünün birləşməsindən yaranmışdır.