Puşanlı

Puşanlı – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Baharlı kəndinin yaxınlığında yerləşirdi.

Burada 1831-ci ildə 34 nəfər, 1897-ci ildə 39 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələri kənddə qırğınlar törətmişlər. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar tarixi torpaqlarına qayıda bilmişdilər. Burada 1926-cı ildə 20 nəfər azərbaycanlı yaşamışdır. Kənd XXəsrin 30-cu illərində ləğv edilmişdir.

Toponim türk mənşəli puşanlı tayfasının adı əsasında əmələ gəlmişdir.