Porsuq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Talin (Talın) rayonunun, hazırkı Araqastotn vilayətinin ərazisində mövcud olmuş kənd.
Erməni silahlı dəstələrinin 1905–1906-cı illərdə törətdikləri qırğınlardan sonra kənd xarabalığa çevrilmişdir.
Toponim porsuq heyvan adı əsasında əmələ gəlmişdir.