Pirhəmzə

Pirhəmzə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində dağ. Gığı kəndinin ərazisində yerləşir.

Toponim dini ibadət yeri mənasında işlənən “pir” sözü ilə “Həmzə” şəxs adı əsasında formalaşmışdır.