Persi

Persi – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Rayon mərkəzindən 68 km şimal-qərbdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 76 nəfər, 1873-cü ildə 225 nəfər, 1886-cı ildə 229 nəfər, 1897-ci ildə 266 nəfər, 1908-ci ildə 323 nəfər, 1914-cü ildə 345 nəfər, 1916-cı ildə 285 nəfər, 1918-ci ildə 323 nəfər, 1919-cu ildə 124 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Türkiyədən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişdir. Hazırda yaşayış məntəqələri siyahısından çıxarılmışdır.

Toponim “açıq çöl, bozqır” mənasında işlənən “par” (pər) sözü ilə bağlıdır. “Per” sözü İran toponimlərinin tərkibində “dağ”, “sıra dağlar” mənasında işlənir.