Patrinc – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 7 km cənub-qərbdə, dəniz səviyyəsindən 1025 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Batrınc” formasında qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 51 nəfər, 1873-cü ildə 327 nəfər, 1886-cı ildə 449 nəfər, 1897-ci ildə 463 nəfər, 1908-ci ildə 526 nəfər, 1914-cü ildə 640 nəfər, 1916-cı ildə 599 nəfər, 1918-ci ildə 526 nəfər, 1919-cu ildə 310 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin yazında kəndin köklü sakinləri olan azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlarla deportasiya edilmiş, sonra kənddə ermənilər yerləşdirilmişlər.
Toponim urartu dilində “şəhər” mənasında işlənən “patar” sözü əsasında yaranmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1949-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Voskehat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°16′ şm. e., 44°16′ ş. u.