Pəmbək

Pəmbək – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırda isə Lori vilayəti ərazisində çay. Uzunluğu 86 km-dir.

Hidronim türk dilində “çay içərisində qırılmış qayalıq” mənasında işlənən “bom” (boom) sözü ilə “hündür, yüksəklik, başlanğıc” mənasında işlənən “bak” sözünün birləşməsindən əmələ gəlmişdir.