Pəyədərə

Pəyədərə – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd.

Burada 1897-ci ildə 20 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.

Toponim Azərbaycan dilində “tövlə” sözünün sinonimi olan “pəyə” sözü ilə “dərə” sözünün birləşməsindən əmələ gəlmişdir.