Oyuqlu

Oyuqlu – keçmiş Tiflis quberniyasının Lori-Pəmbək qəzasının, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunun, hazırkı Lori vilayətinin ərazisində yaylaq. Hallavar kəndinin ərazisində yerləşmişdir.

Toponim “yer bölgüsündə sərhəd bildirmək məqsədilə torpaq və ya daş yığını ilə nişanlanmış ərazi” mənasında işlənən “oyuq” sözünə “-lu” şəkilçisinin birləşməsindən əmələ gəlmişdir.