Oydərəsi

Oydərəsi – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Vorontsovka (Kalinino) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Cücəkənd (Qızıl Şəfəq, Cunaşoğ) kəndinin ərazisində yerləşir.

Toponim qədim türk dilində “çala, çuxur, çökək, qobu, düzən” mənasında işlənən “oy” sözü ilə “dərə” sözünün birləşməsindən əmələ gəlmişdir.