Oxtarbinəsi

Oxtarbinəsi – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində kənd olmuşdur.

Burada 1897-ci ildə 77 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.

Toponim “qəbilə, boy, tayfa ittifaqları” mənasında işlənən “oxtar” // “oxdar” sözü ilə Azərbaycan dilində “köçərilərin mal-qara ilə köçüb, kənddən kənarda məskən saldıqları yer, yurd” mənasında işlənən “binə” sözündən əmələ gəlmişdir.