Oxçuçay – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində çay. Başlanğıcını Zəngəzur silsiləsinin Qapıçıq dağından götürür, keçmiş Qafan rayonu ərazisindən və Azərbaycanın Zəngilan rayonundan keçərək Araz çayına tökülür. Çayın uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km²-dir.
Hidronim “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən “Oxçu” şəxs adı ilə bağlıdır. Qeyd etdiyimiz kimi, “oxçu” sonradan etnonimə çevrilmiş, türk tayfalarından biri kimi sabitləş-mişdir.