Oxçu Şabadini – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 4 km şimalda, Oxçuçayın sahilində yerləşirdi.
Kənddə 1831-ci ildə 65 nəfər, 1873-cü ildə 371 nəfər, 1886-cı ildə 582 nəfər, 1897-ci ildə 433 nəfər, 1904-cü ildə 789 nəfər, 1914-cü ildə 516 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim türkmənşəli “oxçu” etnonimi ilə, türk dilində “uçurum, yamac, dağın döşü”, “iki dağarası çökəklikdə yüksəklik” mənasında işlənən “çap” (→şab) sözündən və monqol dilində “maldar köçərinin təsərrüfatı” mənasında işlənən “adin” sözündən əmələ gəlmişdir.