Ovşar (Əfşar) karvansarası

Ovşar və ya Əfşar karvansarası XVI–XVIII əsrlərə aid edilir. Karvansaranın birinci mərtəbəsində mətbəx və yardımçı otaqlar, atelye və anbarlar yerləşirdi. Həyətlər isə, əsasən, düzbucaqlı formada idi. Karvansaranın ikinci mərtəbəsinə giriş həyətin kənarlarındakı pilləkənlərdən idi.

Dövrümüzdə karvansaranın yerində (Mesrop Maştots prospektində) qapalı bazar inşa olunmuşdur.

Mənbə:
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)
Bayramov İ., Qərbi Azərbaycan: Tarixi həqiqətlər və ya Ermənistanın etnik təmizləmə siyasəti (Bakı, 2011)