Ortakənd – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Arpa çayının sağ qolu olan Başkənd çayının yaxınlığında yerləşirdi. Erməni mənbələrində kəndin adı “İtqıran Ortakənd” formasında göstərilir. Kənd İtqıran kəndinin yaxınlığında yerləşdiyi üçün toponim “İtqıran Ortakənd” kimi verilmişdir.
Kənddə 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.
Kənd iki kənd ortasında yerləşdiyi üçün Ortakənd adlandırılmışdır.