Ocaqqulu

Ocaqqulu – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 3 km cənub-qərbdə, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. 1937-ci ilədək Gümrü (Leninakan) rayonunun tabeliyində olmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Ədirnə (1829) müqaviləsinə əsasən ermənilərin Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Burada 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində azərbaycanlılar deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Arapi” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir .

Yerləşdiyi koordinatlar: 40°46′ şm. e., 43°48′ ş. u.