Novlu

Novlu – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Keşişkənd kəndinin yaxınlığında, Təpəsidəlik dağının şimal-qərbində yerləşir.

Kənddə 1873-cü ildə 157 nəfər, 1886-cı ildə 216 nəfər, 1897-ci ildə 215 nəfər, 1904-cü 398 nəfər, 1914-cü ildə 437 nəfər, 1916-cı ildə 235 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Kənddə İrandan köçürülən ermənilər yerləşdirilmişdir. 1924–1925-ci illərdə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim Azərbaycan dilində “kanal, arx” mənasında işlənən “nov” sözünə mənsubluq bildirən “-lu” şəkilçisinin artırılması ilə düzəlmişdir.