Nəbilər

Nəbilər – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Qovşuq və Gülüdüzü kəndləri arasında yerləşirdi.

Kənddə yalnız azərbaycanlılar yaşamışlar. 1939-cu ildə kəndin əhalisi qonşu Gülüdüzü kəndinə köçürüldükdən sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim nəbilər nəsil adı əsasında əmələ gəlmişdir.