Musaxan Makinski – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasının, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun, hazırda isə Armavir vilayəti ərazisində mövcud olmuş yaşayış məntəqəsi. Pambıqtəmizləmə məntəqəsi olan bu məntəqə İrəvan xanlarından olan Musaxan Makinskiyə mənsub olmuşdur.
Burada 1897-ci ildə 21 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində ləğv edilmişdir.