Müsəlləm

Müsəlləm – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Qarakilsədən (Sisiandan) 17 km şimal-qərbdə, Oxçuçayın sağ sahilində, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə 1897-ci ildə 34 nəfər, 1922-ci ildə 36 nəfər, 1926-cı ildə 44 nəfər, 1931-ci ildə 104 nəfər, 1939-cu ildə 114 nəfər, 1959-cu ildə 154 nəfər, 1970-ci ildə 449 nəfər, 1979-cu ildə 390 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz yurd-yuvalarından deportasiya olunmuşlar. Hazırda burada ermənilər yaşayırlar.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir.

Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Musallam” kimi yazılır “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°11′ şm. e., 46°15′ ş. u.