Mülki

Mülki – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 29 km şimalda, Abaran çayının sahilində, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adları “Mülkünkənd”, “Mülkümkənd” olmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər bura 1829-cu ildə İranın Xoy və Səlmas əyatlərindən və Türkiyənin Ələşkirt və Muş vilaylərindən köçürülüb yerləşdirilmişlər.

Toponim ərəb dilində “dövlətə aid”, “qeyri-hərbi, qeyri-əsgəri” mənasında işlənən “mülki” sözündən əmələ gəlmişdir.

Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Kayk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°35′ şm. e., 44°22′ ş. u.