Muğancıq

Muğancıq – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun, hazırkı Armavir vilayətinin ərazisində mövcud olmuş kənd. Üçkilsə yaşayış məntəqəsindən 5 km məsafədə yerləşirdi. Kəndin adı sonralar Muğan kimi rəsmiləşdirilimişdir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, 1728-ci il mənbələrində “Muğanlı” kimi, Qafqazın beşverstlik xəritəsində “Muğancıq” kimi qeydə alınmışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələrinin törətdikləri qırğınlar nəticəsində kənd xaraba qalmışdır.

Toponim muğanlı türk etnonimi əsasında formalaşmışdır.