Moz – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Arpa çayının cənub qolu boyu Keşişkənddən Soylana və İstisuya gedən yolun üstündə yerləşirdi. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Mor” kimi qeydə alınmışdır. Erməni mənbələrində “Mozrov” formasında da qeyd edilir.
Kənddə 1873-cü ildə 80 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 145 nəfər, 1904-cü ildə 161 nəfər, 1914-cü ildə 177 nəfər, 1916-cı ildə 150 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. 1920-ci ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim qədim türk dilində “ağ, çal, boz, bozumtul” mənasında işələnən “moz” sözündən əmələ gəlmişdir. Toponimdə “r~z” səsdəyişməsi baş vermişdir ki, bu da Azərbaycan dilində qanunauyğun haldır.