Mollatala

Mollatala – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının, sonralar keçmiş Şəmşəddin (Berd) rayonunun, hazırkı Tavuş vilayətinin ərazisində mövcud olmuş qışlaq. 1930-cu ildə ləğv edilmişdir.

Toponim dini mənada işlənən “molla” sözü ilə Azərbaycan dilində “meşədə ağacsız sahə, çılpaq yer” mənasında işlənən “tala” sözünün birləşməsindən əmələ gəlmişdir.