Molla Qasım

Molla Qasım – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Abaran rayonunun, hazırkı Araqatsotn vilayətinin ərazisində mövcud olmuş kənd. Abaran çayının yaxınlığında yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır.

1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Kənd 1931-ci ildən sonra ləğv edilmişdir.

Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir.