Molla Musa – keçmiş Qars vilayətinin Şörəyel nahiyəsində, sonradan Sovet Ermənistanının keçmiş Düzkənd (Axuryan) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 5 km cənub-qəörbdə, Gümrü şəhərindən 5 km qərbdə, Arpaçayın sağ sahilində, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. 1937-ci ilədək Gümrü (Leninakan) rayonunun tabeliyində olmuşdur.
Kənddə 1886-cı ildə 462 nəfər, 1897-ci ildə 591 nəfər, 1904-cü ildə 671 nəfər, 1914-cü ildə 762 nəfər yalnız azərbaycanlılar yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. 1921-ci il Qars müqaviləsinə əsasən kənd Düzkənd nahiyəsinin tərkibində Aleksandropol qəzasına daxil edilmişdir. Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 16 nəfər azərbaycanlı yaşamışdır. 1923–1924-cü illərdə azərbaycanlılar kənddən çıxarılmışdır. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim Molla Musa şəxs adı əsasında formalaşmışdır.
Kəndin adı dəyişdirilərək əvvəlcə “Musakan”, daha sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 aprel 1946-cı il tarixli fərmanı ilə dəyişdirilərək “Voskehask” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°44′ şm. e., 43°46′ ş. u.