Molla Bəyazid – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 4 km cənub-qərbdə, Alagöz dağının cənub ətəyində, dəniz səviyyəsindən 865 m hündürlükdə yerləşir.
Kəndə ermənilər 1842-ci ildə Bitlis, Sürməli vilayətlərindən köçürüb yerləşdirilmiş, azərbaycanlılar isə kənddən tədricən sıxışdırılıb çıxarılmışlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim dini anlayış bildirən “molla” sözü ilə “Bəyazid” oykoniminin birləşməsi əsasında yaranmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Bambakaşat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 44°00′ ş. u.