Molla Əhməd – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Qəmərli (Artaşat) yaşayış məntəqəsindən 30 km şimal-şərqdə, Molla Əhməd bulağının ətəyində, Böyük Gilanlar kəndinin yaxınlığında yerləşirdi. 1930-cu illərdə keçmiş Vedi (Ararat) rayonunun tərkibinə daxil idi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 28 nəfər, 1886-cı ildə 34 nəfər, 1897-ci ildə 65 nəfər, 1904-cü ildə 51 nəfər, 1914-cü ildə 88 nəfər, 1916-cı ildə isə 71 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdilər. 1922-ci ildə burada 25 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə isə 10 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərin sonunda kənd ləğv edilmişdir. Hazırda xaraba kənddir.
Toponim şəxs adı əsasında əmələ gəlmişdir.