Misxana – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Axta (Hrazdan) rayonunda, hazırda isə Kotayk vilayətində kənd. Vilayət mərkəzindən 33 km şimal-qərbdə, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Kəndin ərazisində mis mədəni mövcud olmuşdur.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, sonradan kənddə yunanlar da məskunlaşdırılmışlar. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1950-ci ildə kənddən 14 azərbaycanlı ailəsi (60 nəfər) Azərbaycana deportasiya edilmişdir. 1991-ci ildə Ermənistan müstəqilik əldə etdikdən sonra yunanlar da kəndi tərk edərək Yunanıstana köçmüşlər. 1988-ci ildə kənddə yaşayan azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim “mis” və “xana” sözlərindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 noyabr 1949-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hankavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°38′ şm. e., 44°28′ ş. u.