Mehri

Mehri rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 664 km² olan rayonun mərkəzi Mehri (Meğri, Mığrı) şəhəri olmuşdur. Buradan İrəvan şəhərinə olan məsafə 264 km-dir. Şərqdən Zəngilan rayonu, qərbdən Ordubad rayonu, şimaldan Qafan rayonu, cənubdan isə Güney Azərbaycanla həmsərhəddir. Rayon ərazisindən Meğri çayı axaraq Araza tökülür.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Zəngəzur mahalına, Çar Rusiyası dövründə isə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına daxil olmuşdur.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmiş, Nüvədi kəndinin azərbaycanlı əhalisinin 1991-ci ildə çıxarılması ilə azərbaycanlıların Ermənistandan deportasiyası başa çatmışdır.

1995-ci ildə rayon ləğv edilərək Ermənistanın Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.