Məscidli

Məscidli (Meçitli) – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 6 km şimal-qərbdə, dəniz səviyyəsindən 840 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində “Məcitli” formasında qeyd edilir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər kəndə 1828–1829-cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən köçürülüb yerləşdirilmişlər.

Toponim İslam dinində müsəlmanların Allaha ibadətləri üçün inşa edilən memarlıq tikilisi olan məscid adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 iyun 1940-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Nor Kyank” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°39′ şm. e., 43°58′ ş. u.