Maymaqdağ – keçmiş Tiflis quberniyasının Lori-Pəmbək qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Kirovakan, Quqark) rayonunda, hazırda isə Lori vilayəti ərazisində dağ. Hallavar (Halavar) kəndidə yerləşir. Hündürlüyü 3082 metrdir.
Toponim “maymaq” türk tayfa adı əsasında formalaşmışdır.