Maralqayası

Maralqayası – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayəti ərazisində dağ. Elləroğlu (Lorasar) kəndində yerləşir.

Toponim “maral” heyvan adı ilə “qaya”, “dağ” mənasında işlənən orotermin əsasında formalaşmışdır.